Qırğızıstanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölən və yaralananlar var

Qırğızıstanın İssık-Kul vilayətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, 8 nəfər yaralanıb. Bu barədə Qırğızıstan Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Hadisə İssık-Kul vilayətinin Ananyevo kəndində qeydə alınıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. İlkin məlumata görə, partlayış yeraltı çənə qaz vurulan zaman baş verib.


[email protected]