Dənizdə batan 19 mühacir xilas edildi

Qeyri-qanuni yollarla Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin qayığı dənizin ortasında xarab olub.

 

İctimaifikir.az-ın məlumatına görə, dənizdə köməksiz qalan mühacirlərin imdadına Türkiyənin Sahil Təhlükəsizlik Xidməti yetişib. Hadisə Muğla əyalətinin Bodrum sahilində baş verib. Məlumata görə, Yunanıstanın Kos adasına keçmək istəyən 19 suriyalı və 1 bələdçi qayığın yanacağı bitdiyi üçün Egey dənizində köməksiz vəziyətdə qalıb. 2 metr uzunluqdakı qayıq daşıdığı ağırlığa davam gətirməyərək su ilə dolmağa başlayıb.

 

Hadisə yerinə gələn Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları mühacirləri boğulmaqdan xilas edərək onları Bodrum sahilinə çıxarıb. 6-sı qadın, 7-si uşaq olan ümumilikdə 19 suriyalı Bodrum polis idarəsinə təhvil verilib.




[email protected]