İtaliyanın La Repubblica qəzetində verilən xəbərə görə, London Kral Universitetinin bir qrup alimi, Cindy Crawford, Eva Mendes və Marilyn Monroe kimi qadınların gözəllik simvolu olan xalları əsas götürən araşdırma aparıb. Araşdırmada yaşları 18 və 79 arasında dəyişən və bir-birinə bənzəməyən 1200 qadın iştirak edib.
Araşdırmanın nəticəsinə görə, yüzdən çox xalı olan insanların əzələləri daha gərgin, ürək və gözləri daha sağlam olur. Bu insanlar həmyaşıdları ilə müqayisədə ən az 7 yaş gənc görünür. Xalı çox olan insanların sümükləri də normaldan güclü olur. Bir çox insanın bədənində təxminən 30-40 xal olur, amma bəzilərində bu say 600-ə qədər yüksəlir.