Səudiyə Ərəbistanında təhlükəsizlik xidmətinin patruluna hücum edilib: 1 ölü, 2 yaralı

Səudiyə Ərəbistanının şərqində Əl-Katif əyalətində təhlükəsizlik xidmətinin patrulunun avtomobilinə naməlum şəxs tərəfindən hücum edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumaat görə, hadisə nəticəsində 1 zabit həlak olub, 2 zabit isə yaralanıb.

 

Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi "Sky News Arabia"ya faktı təsdiqləyib. Onun sözlərinə görə, patrul avtomobili polis nəzarətini həyata keçirdiyi zaman avtomobilə partlayıcı qurğu atılıb.




[email protected]