Türkiyədə əsgərlər arasında kütləvi zəhərlənmə

Türkiyədə 25 əsgər qida zəhərlənməsi dioqnozu ilə xəstəxanaya yerləşdirilib.

İctimaifikir.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Diyarbəkir əyalətinin 7-ci korpusuna bağlı nəzarət məntəqəsində baş verib.

Türkiyədə əsgərlər arasında kütləvi zəhərlənmə

Məlumata əsasən, iftar yeməyindən sonra əsgərlərin halı pisləşib və onlar çağırılan təcili yardım maşınları ilə Diyarbəkirdəki xəstəxanalara aparılıblar.
 
Əsgərlərə tibbi yardım göstərilib, onların müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.




[email protected]