Qarpızın faydaları saymaqla bitmir

Bir dilimi 50-60 kalori olan qarpız yayda həm sərinlik verir, həm də çəkərək olan ehtiyacı qarşılayır.

 Qarpızın faydaları saymaqla bitmir

İctimaifikir.az  deyerler.org-a istinadən bildirir ki, qarpızı hamı yeyə bilər. Qarpızın maye miqdarı yüksək olduğu üçün maye məhdudlaşdırması olan böyrək xəstələrinin diqqət edərək istehlak etmələri lazımdır. Şəkər xəstələri qarpız yeyə bilər, amma miqdarına diqqət etməlidirlər. Çünki fruktoza qanda şəkərin səviyyəsini yüksəldir və miqdarı çox olarsa qanda şəkərin səviyyəsində arzuolunmaz yüksəlmələrə səbəb olur.
Qarpız gündəlik meyvə ehtiyacını qarşılayar.
Lif daşıdığı üçün bağırsaqları işlədir.
Su ehtiva etdiyi üçün gündəlik istehlak etməyimiz lazım olan maye ehtiyacını qarşılayır.
Qırmızı meyvələrdə antosiyanin və likopen yüksəkdir və bunlar ürək xəstəlikləri, infarkt və bəzi xərçəng növlərinə qarşı qoruyucudurlar.
C vitamini və fol turşusu yüksəkdir. C vitamini xəstəliklərə qarşı qoruyucu ən yaxşı antioksidant vitaminlərdən biridir.
Qırmızı meyvələr antioksidant xüsusiyyətlərə sahib bəzi flavonoidlər ehtiva edir. Qarpızın bu səbəblə xəstəliklərə qarşı qoruyucu və immuniteti canlandıran təsiri vardır.




[email protected]