"Korean Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilotun kabinəsində tüstülənmə səbəbindən təcili eniş edib.
İctimaifikir.az report.az-a istinadən bildirir ki, hava gəmisi Pusan - Fukuoka marşrutu üzrə hərəkətdə olub.
İlkin məlumatlara görə, insident nəticəsində heç kim zərər çəkməyib. Təyyarənin göyərtəsində təqribən 160 sərnişin və heyət üzvü olub.