CAR-da qasırğa nəticəsində 8 nəfər ölüb

Çənubi Afrika Respublikasının ikinci ən iri şəhəri Keyptaunda 8 nəfər qasırğanın qurbanı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli külək və yağışlarla müşayiət olunan qasırğa ölkənin cənub-qərb sahillərində ciddi fəsadlar törədib.

Keyptaun şəhərinin bir neçə bölgəsinin sakinləri təxliyə olunub. Şiddətli külək nəticəsində bir sıra ərazilərdə yanğınlar əmələ gəlib. Keyptaun şəhərinin əsas magistral avtomobil yolu bağlanıb.



ictimaifikir.az@mail.ru