Növbəti on il ərzində hansı peşələr ləğv olunacaq?

İctimaifikir.az-ın "İki sahil” qəzetinə istinadən yaydığı xəbərə görə, karyera qurmaq fikrində olanlar növbəti on il ərzində tədricən yox olacaq bu peşələrdən yan keçməyə çalışmalıdırlar. Texnologiyanın inkişafı və mədəni dəyişikliklər yeni maraqlı işlərin yaranmasına şərait yaratsa da, illərlə mövcud olmuş bəzi peşələrin itməsinə səbəb olur.

Növbəti on il ərzində hansı peşələr ləğv olunacaq?

Kassir

Özünəxidmət aparatlarının və avtomatlaşdırılmış alış-veriş proseslərinin artması ilə tipik pərakəndə satış kassiri peşəsinə ehtiyac getdikcə azalacaq. Texnologiya ticarət sahəsində çoxsaylı dəyişikliklərə səbəb olub və alıcılar artıq alış-veriş zamanı daha az insan təsirinə məruz qalmağı üstün tuturlar.

Telemarketinq

Hazırda insanlar telefondan əvvəlki kimi çox istifadə etmirlər. Ünsiyyətin digər daha səmərəli yolları-email və mesajlaşma telefon danışıqlarını üstələyib. Telefon vasitəsilə hansısa məhsulu reklam edərək alıcı cəlb etmək və ya hansısa xidməti təklif etməklə müştəri qazanmaq demək olar ki, mümkün deyil. Artıq dəbdən düşmüş telemarketinq sahəsi də tarixə qovuşur.

Səyahət təmsilçisi

İnternetin sürətli inkişafı və səyahət təmsilçilərinə nisbətən daha ucuz şəkildə saytlar üzərindən aviabiletin, mehmanxana və s. asanlıqla bron edilməsi bu peşənin də ləğv olunmasına səbəb olacaq.

Taksi sürücüsü

Yaxın gələcəkdə küçələrdə dayanaraq müştəri gözləyən taksi sürücülərinə rast gəlməyəcəksiniz. GPS texnologiyası ilə qurulmuş proqramlar və tətbiqlər hesabına artıq taksi sifariş etmək çox sadələşib. Taksi sürücüləri işsiz qalmamaq üçün bu trendi izləməyə məcbur olacaqlar.

Çap mediası

Təəccüblü deyil ki, çap mediası tədricən yox olmaqdadır. İstifadəçilər xəbər oxumaq və yaxud asudə vaxtlarını keçirmək üçün artıq elektron vasitələrdən istifadə edirlər. Çap şirkətləri zamanla uyğunlaşmaq üçün daha çox çalışmalı olacaqlar. Rəqəmsal media şirkətləri daha da inkişaf edəcəkdir.

Poçt işçiləri

Texnologiyanın inkişafı poçt işinin də ləğv olunmasına gətirib çıxaracaq. Özəl şirkətlərin poçtların işini ələ alması ilə bu peşə də növbəti on ildə çox şanssız bir peşəyə çevriləcək. 




[email protected]