İspaniyanın paytaxtı Madrid "World Pride" beynəlxalq festivalına hazırlaşır.
Madrid küçələrində əl-ələ tutan iki qadının təsviri olan yeni işıqforlar yerləşdiriləcək. Bu nişanların məqsədi ölkədə gender bərabərliyinin möhkəmləndirilməsidir. Madriddə iyun ayının 23-dən iyul ayının 2-ə qədər keçirilən beynəlxalq LGBT festivalından sonra küçələrdə yeni işıqforların quraşdırılması planlaşdırılır. Şəhər daxilində yerləşən 72 yol ayrıcında 288-ə yaxın yol hərəkəti nişanlarının gender bərabərliyini əks etdirən simvolik nişanlarla əvəz olunacağı bildirilib. Festivalın ərsəyə gəlməsinə 25 min dollardan çox vəsait ayrılıb./Publika.az