"Microsoft" şirkəti "Skype" servisində genişmiqyaslı yeniləmə elan edib. Messenceri tamamilə yeniləmiş proqram nəhənginin nümayəndəsi bildirib ki, mesajların mübadiləsi üçün yeni nəsil "Skype" təqdim ediləcək. "Microsoft" şirkəti "iMessage", "WhatsApp", "Messenger", "Snapchat" və başqa populyar messencerlərlə rəqabət aparmaq üçün "Skype" proqram təminatının köhnə dizaynını tamamilə yeniləyib. Yeni interfeys 3 əsas bölmədən ibarətdir: "Axtarış", "Çat" və "Çəkiliş". Əksər yeni funksiyalar "Snapchat" və "Messenger"dən götürülüb.
İctimaifikir.az ICTnews-a istinadən bildirir ki, istifadəçi "axtarış" bölməsində öz yazışmaları üzrə mesajları axtara bilər.
"Çat" adlı ikinci bölmə adından məlum olduğu kimi, yazışma, zənglər və sairi əhatə edir.
"Çəkiliş" adlı üçüncü bölməyə daxil olduqda şəkil və ya video çəkilişi üçün kamera funksiyası işə düşür. Çəkilmiş məzmunun üzərinə stikerlər, imza və qeydlər əlavə etmək olar. Beləliklə, "Microsoft" şirkəti son trendlərdən geri qalmağı düşünmür.
[email protected]