Qətər Doha ilə bütün əlaqələri qıran ölkələr ilə münasibətləri gərginləşdirmək istəmir.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd Abderrəhman Əl Tani deyib.
Onun sözlərinə görə, Qətər qarşı sərt birtərəfli tədbirlər görülməsinə baxmayaraq, onlar bu vəziyyətin gərginləşməsinə yol verməyəcək.