"WikiLeaks" saytı ABŞ MKİ-nin "Pandemiya" layihəsinə dair sənədlər dərc edib.
İctimaifikir.az lent.az-a istinadən xəbər verir ki, "Pandemiya" troyan virusunu sistemə yükləyib lokal kompüter şəbəkəsi ilə sürətlə yaymağı nəzərdə tutur.
Bu virus "Microsoft Windows"lu kompüterə yüklənir, onun kodunu yoluxmuş kodla əvəzləyir, daha sonra lokal şəbəkədəki digər kompüterlər troyanı özünə çəkir və onlar da yoluxur.