“Google” pilotsuz yük avtomobilini sınayır

"Google"un tərkibində olan və pilotsuz avtomobillər üçün texnologiyalar işləyib hazırlayan "Waymo" şirkəti avtonom yük maşınlarının sınaqlarına başlayıb.

İctimaifikir.az  lent.az-a istinadən xəbər verir ki, daha əvvəl açıqlanmayan bu layihə "Uber" üçün ciddi rəqib kimi qiymətləndirilir. Belə ki, "Uber" bir il əvvəl avtonom yükdaşımaları sahəsində innovasiyalar üzərində çalışan "Otto" şirkətini satın alıb.
 “Google” pilotsuz yük avtomobilini sınayır
"Waymo" nümayəndəsi bildirib ki, hələlik şirkətin 1 ədəd test modeli var. Sınaq zamanı həmin model ənənəvi üsulla - insan tərəfindən idarə edilib və lazımi məlumatlar toplanıb. "Avtonom idarəetmə texnologiyası insanları və yükləri indikindən daha təhlükəsiz daşımağa, bununla da il ərzində yük avtomobillərinin törətdiyi qəzalarda minlərlə insanın ölməsinin qarşısını almağa imkan verəcək", - deyə şirkət təmsilçisi söyləyib.




[email protected]