Yaponiyanın "Toyota" şirkəti ABŞ-ın "Tesla" şirkətində sahib olduğu bütün səhmləri satıb.
İctimaifikir.az lent.az-a istinadən xəbər verir ki, "Toyota" satdığı səhmlərdən 50 milyon dollar gəlir əldə edib.
Qeyd edək ki, şirkətlər arasında əməkdaşlıq 2010-cu ildə başlayıb. Yaponlar "Tesla"nın səhmlərinin 3,15%-ni 40,5 milyon dollara satın alıb. O zamandan bəri "Toyota" "Tesla" batareyaları ilə çalışan idman avtomobilləri buraxıb.
"Bizim "Tesla" ilə tərəfdaşlığımız sona çatdı, çünki artıq hər hansı yeniliklər yoxdur və biz qərara gəldik ki, əlimizdəki payı sataq", - deyə "Toyota"dan bildirilib.
Xatırladaq ki, "Tesla" elektromobillərin istehsalı sahəsində ixtisaslaşıb.