Paltarsız yatmağın faydaları budur

Beynəlxalq araşdırmaya görə, hər 3 insandan biri çılpaq yatır. Mütəxəssislərin fikrincə, çılpaq yatmaq bədən istiliyini tənzimləyir və ən yaxşı gecə yuxusu bəxş edir. Çılpaq yatmağın bilmədiyiniz faydaları var. Belə ki, bu, ilk növbədə dəri problemlərini həll edir. Bunun səbəbi odur ki, çılpaq insanlar bədən istiliyinin düşməsi ilə daha tez yuxuya dalır və daha keyfiyyətli yuxu yatırlar.

 Gecə köynəklərindən xilas olmaq bədən istiliyinin yüksəlməsini əngəlləyərək dəri problemlərini həll edir. Çılpaq yatanda bədəndə melatonin miqdarı yüksəlir və yeni qəfəslər yaranır. Yatdığınız otağın qaranlıq olmasına, temperaturun isə 21°C-dən yuxarı olmamasına diqqət yetirin. Ən azı 6 saat yaxşı yuxu infarkt riskini azaldır və diabetin inkişafını ləngidir. Paltarsız yatanlarda xolesterin səviyyəsi aşağı düşür və stress hormononun artımı zəifləyir. Saat 10-da yatağına uzanan adam yuxuda xeyli kalori yandırır, növbəti gündə o qədər də çox yemək yemə istəyi olmur. Yəni hormonal balans normallaşır. Bir sözlə, çılpaq yatmaq insanı formada saxlayır.




[email protected]