Cəfəri və şiə məzhəbləri arasında fərq varmı?

Şiə - Həzrət Mühəmməd Peyğəmbərdən (ə) sonra Əli ibn Əbu Talibin (ə) imamlığını qəbul edən dini-siyasi cərəyandır (məzhəbdir). Şiə məzhəbi geniş bir anlayışdır. Bu məzhəbin bir neçə qolu var.

Cəfəri və şiə məzhəbləri arasında fərq varmı?

İctimaifikir.az islam.az-a istinadən bildirir ki, sünni (əhli-sünnə) məzhəbinin də bir neçə qolu var (hənəfilik, hənbəlilik, şafiilik, malikilik və s.). Şiə məzhəbinə cəfərilik, ismaililik, zeydilik və s. kimi qollar daxildir. Bunlar arasında əsas fərq Peyğəmbərin Əhli-beytindən olan 12 imamdan neçəsini imam olaraq qəbul etmələrindədir. Məsələn, zeydilər ilk 4 imamı, ismaililər ilk 6 imamı qəbul edirlər, bundan sonra onların imamət zənciri başqa istiqamətdə davam edir. Cəfərilər 12 imamı qəbul edirlər; buna görə onlara isna-əşərilər (on iki imamçılar) da deyirlər. Cəfəri məzhəbi altıncı İmam Cəfər Sadiq (ə) tərəfindən sistemləşdirilib. Hal-hazırda dünya şiələrinin əksəriyyətini cəfərilər təşkil edirlər (o cümlədən, Azərbaycan, İran, İraq şiələri)."Şiə" deyərkən adətən cəfəri məzhəbi nəzərdə tutulur.




[email protected]