Son illər xəstəliklərin səbəbini araşdırarkən bunun qanda xolesterinin olması ilə əlaqələndirirlər. Zərərli xolesterinin qanda normadan çox olması həqiqətən də bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olur.
İctimaifikir.az immunitet.az-a istinadən bildirir ki, zərərli xolesterinin ən pis xüsusiyyəti isə onun qanda toplanarkən asanlıqla heç bir əlamət vermədən çoxala bilməsidir. Bu cür xolesterin proqressivləşən zaman isə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.Xolesterinin əmələ gətirdiyi xəstəliklərin arasında qan damarlarının ateresklerozu, mərkəzi sinir sisteminin xəstəlikləri, ölümə səbəb olan ürək xstəlikləri, piylənmə və s. aiddir. Mütəxəssislər qanında xolesterin olan adamların mütləq həkimə müraciət etmələrini və müalicə götürmələrini tövsiyə edir. Qanınızda xolesterinin olma ehtimalı olarsa isə aşağıdakı xalq təbabəti vasitəsilə ondan xilas ola bilərsiniz.
Lazım olanlar:
-60 qram alma sirkəsi
-3 quru əncir.
Hazırlanması:
Quru əncir diş çöpü isə çoxlu deşiklənir və stəkana qoyulur, üstünə alma sirkəsi tökülür. Proses gecə tətbiq edilir və səhər əncirlər yeyilir.
Axşam yenidən həmin sirkəyə eyni qayda ilə deşiklənmiş əncir qoyulur və yenə səhər acqarına yeyilir.60 qram alma sirkəsi bir həftə boyu əncirləri islatmağa kifayət edir. Bir həftə boyu quru əncirlər az-az alma sirkəsini canına çəkib azalır. Qandan xolesterinin azalması üçün isə bu müalicəni 14 gün tətbiq eləmək lazımdır. Bunun üçün sizə təxminən 120 qram alma sirkəsi və 42 ədəd quru əncir lazım olur. Müalicə müddətində fiziki aktivliyi artıqmaq müalicənin aktivliyini yüksəldir.Müalicənin effektliyinə inanmasanız müalicədən əvvəl və sonra qanınızda xolesterinin miqdarını müayinə etdirib yoxlaya bilərsiniz.