Ruhların gəzdiyi gizli aşiqlər otelindən FOTOlar

Yaponiyanın paytaxtı Tokioda olan və gizli aşiqlər üçün bir görüş məkanı funksiyasını oynayan kimsəsiz seks oteli "Fuurin Motel"in ruhlar tərəfindən lənətləndiyi düşünülür.

Ruhların gəzdiyi gizli aşiqlər otelindən FOTOlar

Yaponiyanın Tokio şəhərindəki bu otel xeyli zaman öncə inşa edilməsinə baxmayaraq, hələ də olduqca yaxşı vəziyyətdə görünür.

"Fuurin Motel"də qonaqlamaq istəyən şəxslər orta əsrlər dövrünün dekorları ilə hazırlanmış 10 otaqdan birində qalırdılar.
10 otağın xaricində, mətbəx və duşun da olduğu yunan, ya da ənənəvi yapon dizaynında hazırlanmış digər otaqlar saatlıq olaraq kirayələnirdi.

Yapon xalqı paranormal hadisələri önə sürərək otelə girməyə cəsarət edə bilmir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 31 yaşlı hollandiyalı fotoqraf Bob Zissen yapon qarabasmalarının bu otelin dəhlizlərində gəzdiyinə dair bir əfsanə olduğunu, lakin bu əfsanənin oteli bəşəri zərərlərdən qorumaq üçün uydurulmuş bir hekayə olduğunu düşündüyünü söyləyir.

 

Yerli xalqın bu oteldən, həqiqətən də, uzaq dayandığını, çünki otelə illərdir insan əli dəymədiyini ifadə edən Zissen yaponların ümumi olaraq tərk edilmiş strukturlardan kabus və pəri qorxuları səbəbiylə uzaq dayandıqlarını sözlərinə əlavə edib.

Bob Zissen təxminən 10 ildir ki, Avropadakı tərk edilmiş məkanların fotolarını çəkir.

Zissen tərk edilmiş və olduqca yaxşı mühafizə olunmuş xeyli sayda tikilisi olduğu üçün Yaponiyaya ayrı bir maraq göstərir.




[email protected]