Dünya ulduzlarının inanılmaz fobiyaları - güzgü, lift, dəniz...

İctimaifikir.az Axşam.az-a istinadən məşhurların fobiyaları barədə məlumat verir:
 
Dünya ulduzlarının inanılmaz fobiyaları - güzgü, lift, dəniz...

Pamela Anderson - gecə güzgüyə baxmaqdan qorxur.



Nikol Kidman - kəpənəklərdən çox qorxur. Bu fobiyadan azad olmaq üçün hətta Amerikada Tarixi Təbiət Muzeyində kəpənəklərdən ibarət bir otağa da dəfələrlə gedib. Lakin, bu, ona kömək olmayıb.



Rihanna - dəniz heyvanlarından inanılmaz qorxduğu üçün çox vaxt hovuzda çimməyə üstünlük verir.



"Hörümçək adam" serialı ilə məşhurlaşan Tobi Makquiri - inanılması çətin olsa da, amma yüksəklik və hörümçəklərdən qorxur.



Kianu Riviz - uşaqlıqdan bəri qaranlığa qarşı fobiyası var.



Skarlet Yohanson - bir gün üzündə iki həşəratla oyanan aktrisa, o vaxtdan onlara qarşı fobiyası var.



Leonardo Di Kaprio - qapalı yerdə qalmaqdan qorxduğu üçün bacardığı qədər liftdən istifadə etmir. Bu fobiyasından azad olmaq üçün müalicə alsa da, amma kömək olmayıb.




[email protected]