Dünya Bankı Ukraynaya 150 mln. dollar məbləğində kredit ayırıb

Dünya Bankı ixracat yönümlü kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə Ukraynaya 150 mln. dollar məbləğində kredit ayırıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Bankı Qrupunun məlumatında bildirilir. 
 DB-nin Ukrayna, Moldova və Belarus üzrə direktoru Satu Kakonenin bəyanatına əsasən, Ukrayna böyük potensiala malikdir, lakin ixracat sahəsində ciddi problemlər qalmaqdadır, xüsusən, kiçik və orta müəssisələr kredit əldə etməkdə ciddi çətinliklərlə üzləşirlər.

Vəsaitlərin su təchizatı, istilik, energetika, yol tikintisi, sosial müdafiə və səhiyyə sahələrinə yönəldiləcəyi bildirilir. 

DB 1992-ci ildən bu vaxtadək Ukraynaya ümumilikdə 70 layihəyə 12 mlrd. məbləğində kreditlər ayırıb.


[email protected]