SOCAR apreldə ixrac etdiyi neft məhsullarının həcmini və qiymətlərini açıqlayıb

Bu ilin aprel ayında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 47 min 90 ton dizel yanacağı, 3 min 926 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 8 min 314 ton yüksək təzyiqli polietilen, 358 ton mütləqləşdirilmiş izopropil spirti, 4 min 710 ton maye piroliz qətranı, 2 min 908 ton propilen və 1 min 405 ton butilen butadien fraksiyası ixrac edib.

 "APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin aprel ayında 62 min 518 ton dizel yanacağı, 14 min 898 ton təyyarə yanacağı, 57 ton soba mazutu, 8 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 881 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 570 ton maye piroliz qətranı, 3 min 482 ton propilen və 2 min 377 ton butilen butadien fraksiyası ixrac edilib.

Ümumilikdə, 2017-ci ilin yanvar-aprel ayları ərzində 252 min 918 ton dizel yanacağı, 18 min 822 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 32 min 593 ton yüksək təzyiqli polietilen, 4 min 348 ton mütləqləşdirilmiş izopropil spirti, 21 min 922 ton maye piroliz qətranı, 14 min 96 ton propilen və 10 min 83 ton butilen butadien fraksiyası ixrac edilib.

Aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 555,19 ABŞ dolları, təyyarə yanacağının - 493,19 dollar, dizel yanacağının - 460,89 dollar, 1 faizli kükürdlü mazutun - 306,35 dollar, yüksək təzyiqli polietilenin - 1260 dollar, butilen butadien fraksiyasının - 758,81 dollar, maye piroliz qətranının - 555,19 dollar, propilenin qiyməti - 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1575 avro təşkil edib.




[email protected]