Çuğundur haqqında bunu bilirdiniz?

İdmanla məşğul olmazdan əvvəl çuğundur şirəsi içmək beyni gəncləşdirir və onun işini yaxşılaşdırır.

 Trend-in məlumatına görə, alimlər 55 yaşdan yuxarı 26 nəfər arasında aparılan təcrübədən sonra bu qənaətə gəlib.

Məlum olub ki, vitamin və müxtəlif qidalandırıcılardan başqa, çuğundur şirəsinin tərkibində böyük miqdarda nitratlar, azot birləşmələri var. Bunların orqanizmə düşməsi qan damarlarının daralması və genişlənməsini idarə edən molekulların yaranmasını intensivləşdirir.

Alimlər müəyyən edib ki, çuğundur şirəsinin bu xüsusiyyətləri insanlara dağlıq ərazilərdə oksigen çatışmazlığının öhdəsindən gəlməyə kömək edir və hipertoniyadan əziyyət çəkənlərin əhvalını yaxşılaşdırır.




[email protected]