"Leyli və Məcnun" farslaşdı, Leyli erməni "oldu" - FOTO

Almaniyanın Hannover şəhərindəki "Jungeoper"də mayın 12-də "Leyli və Məcnun" operasının premyerası olacaq.

"Leyli və Məcnun" farslaşdı, Leyli erməni "oldu" - FOTO

İctimaifikir.az bildirir ki, afişalarda operanın musiqisinin müəllifi kimi Detlev Klarnet, librettonun müəllifləri - Aras Ören və Peter Şnayder göstərilib. Üstəlik, "fars şairi Nizaminin poeması əsasında" yazılıb.

Operada "Məcnun" obrazında Edvard Mout, "Leyli" obrazında isə ermən Karine Minasyan olacaqlar.

Xatırladaq ki, "Leyli və Məcnun" dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun ilk operasıdır. 1907-ci ildə yazılıb, 1908-ci il yanvarın 25-də Tağıyev teatrında ilk tamaşası olub.

 

İlk redaktədə əsər 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildə idi. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdu. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur.

"Leyli və Məcnun" Şərqin ilk operasıdır.




[email protected]