Azərbaycan və Rusiya hərbçiləri arasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə görüş keçirilib
Azərbaycan Müdafiə Nazirliyi və Rusiya Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə hər iki dövlətin hərbi qurumlarının kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi mübadilənin aparılmasının vacibliyi vurğulanıb.
[email protected]