Ötən gün Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas magistral yolda azaldılan maksimal sürət həddi yenidən bərpa olunub.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"Dünən paytaxtda yağan güclü yağışla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Heydər Əliyev prospekti boyunca - mərkəzdən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə, həmçinin Zığ dairəsindən hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saat endirilmişdir. Bu gündən artıq qeyd edilən istiqamətlər üzrə sürət həddi bərpa olunub", - deyə M.Ağayev əlavə edib.