Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı abunəçilərinə xəbərdarlıq edib.
İctimaifikir.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aprelin 11-də şirkətdə təkmilləşdirmə işləri aparılacaq.
"Bununla əlaqədar olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür”, - deyə məlumatda qeyd edilib.