Dünya birjalarında neft ucuzlaşır.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,57% azalaraq 50,86 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,53% azalaraq 54,07 dollar olub.
Neftin ucuzlaşmasına ABŞ-ın Energetika İdarəsinin ötən həftə ölkədə neft ehtiyatlarının 1,56 mln. barel artaraq 535,5 mln. barelə yüksəlib. Halbuki, ekspertlər neft ehtiyatlarının 0,15 mln. azalacağını gözləyirdilər.