Bir günaha görə neçə dəfə tövbə etmək olar?

Rəvayət edilir ki, bir kişi Allahın Rəslunun (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah qalmayıb ki, onu etməmiş olsun. Ona tövbə varmı?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın Rəslu (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaqçılığımı və günah əməllərimi də?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli". O da: "Allahu Əkbər!" - deyə-deyə gözdən itdi".

 

Bir günaha görə neçə dəfə tövbə etmək olar?

İctimaifikir.az zikr.az-a istinadən bildirir ki, bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz".
Səmimi tövbə edib ardınca yaxşı işlər görmək günahı yuyur. Qiyamət insan təkcə tövbə etdiyi əməllər yox, bütün əməlləri barəsində sorğu sual olunacaq. Uca Allah buyurur:  Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!" (əl-Kəhf, 48-49).


[email protected]