Sutkanın 22 saatını yatır...

37 yaşındaki Heather nadir rast gəlinən "Yatan gözəl sindromu”na yaxalanıb. Bu xəstəliyə görə o, gündə 22 saat boyunca yatsa da, hələ də özünü yorğun hiss edir.

 Sutkanın 22 saatını yatır...

"Mirror”da yayımlanan xəbərə görə, Heather, 8670 saatlıq ilin 8030-unu yataraq keçirir. Kanadalı qadın 7 ildir ki, eyni vaxtda iki xəstəlikdən əziyyət çəkir. Bunlardan biri miyaljik ensefalomiyelit (ME), digəri isə Yatan gözəl sindromu olaraq bilinən Klein-Levin sindromudur. Xəstəliyindən əvvəl aktiv bir həyatı olan Heatherin soyuqdəyməsi viral bir xəstəliyə çevrilincə 3 ay boyunca yatağa bağlı yaşadı. Yaxşılaşmasına baxmayaraq, halsızlığı hələ keçməyən qadın özünü daim yorğun hiss edirdi. ME diaqnozu qoyulan Heather özünü yuxulu hiss etsə də, bunun xroniki halsızlıq xəstəliyinin bir simptomu olduğunu düşünmüşdü. 2014-cü ildə təcili böyrək əməliyyatı olandan sonra yorğunluğu daha da artdı. Gün ərzində 18 saatla 22 saat arasında yatırdı. 3 ay boyunca bu şəkildə davam etdikdən sonra yuxusunu sistemə salmağa çalışdı, ancaq heç cür oyaq qala bilmirdi. Ən sonunda həkimə gedən Heathera bu dəfə də KLS diaqnozu qoyuldu.

 

Nadir görülən KLS xəstəliyi dünyada ancaq bir nəfərdə müşahidə edilir. İki xəstəlik birləşincə lazım olduğundan artıq yatan qadında huşsuzluq və əzələ ağrıları kimi neroloji problemlər özünü göstərdi. Odur ki, qadın gün ərzində ancaq 8 saat oyaq qala bilir və bütün həyatını 8 saata sığışdırmağa çalışır. 

 




[email protected]