Sağlam sevgi insanı xoşbəxt edər, asılı sevgi isə depressiv edər. Eşq aqressivliyi azaldar, insan daha xoşniyyətli, xoşxassiyyət olur. Eşqə düşən insan ətrafına qəzəb, neqativlik deyil, xoşbəxtlik, pozitivlik saçar. Xoşbəxt olan insan ətrafındakılara qarşı qırıcı yanaşmaz.
Sevgi beyində kimyəvi prosesi canlandıran, sürətləndirən, aktivləşdirən ən əsas duyğudur. Beyin nə qədər yaxşı çalışırsa, sevgi də o qədər yaxşı davam edir. İnsanın beyni donmuş, tükənmiş, paylaşmaya açıq deyilsə, demək sevgi də bir o qədər tükənib. Sevgi zehni açar, hormonları canlandırar.
Sevən beyin daha məhsuldar, daha sağlamdır. Beynin ən sağlam vitamini sevgi və eşqdir. Eşq, beyin qabığının funksiyasını sürətləndirir. İmmunitet sistemi üzərində də faydalı təsirləri vardır. Müqaviməti artırır. Sevdiyini itirməklə isə tam tərsi olur, bədən müqaviməti azalır və xəstəliklər insanı daha tez yaxalayır.