Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, nazir martın 29-da saat 11:00-da İsmayıllı şəhərində Heydər ƏliyevMərkəzində (Heydər Əliyev pr., 59 ) Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra№-si | Şəhər (rayon) | əlaqələndirici şəxs | əlaqə telefonu |
1. | İsmayıllı rayonu | Azər Abbasov | (050) 354-18-38 (02028) 5-43-04 |
2. | Ağsu rayonu | Cavanşir Şeydazadə | (050) 377-44-21(02022) 6-47-72 |
3. | Qəbələ rayonu | Nargilə Qafarova | (050) 677-84-10(02420) 5-02-99 |
4. | Qobustan rayonu | Şəhriyar Soltan | (070) 202-00-37(02024) 5-00-08 |
5. | Şamaxı rayonu | Rafael Tağızadə | (050) 669-92-55(02026) 5-20-91 |