İttiham etmək asandır, anlamaq çətin. Amma bu gün hamımızın, bütün cəmiyyətimizin anlama mədəniyyətinin atrmasına ehtiyacı var və bu bizdən, hamımızdan asılıdır.
İctimaifikir.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva gənc yazar Mövlud Mövludun intiharı barədə yazıb. Millət vəkili Mövludun xanımı Sevinc Fədaiyə baş çəkdiyini, övladı Ucalı yoluxduğunu bildirib və gənclərə müraciət edib:
"Gənclərimizə demək istəyirəm ki, insanın həyatında hər zaman ağır günlər də olur, rahat günlər də, xoşbəxt hiss etdiyi zamanlar da olur, bədbəxt hiss etdiyi zamanlar da, özünü çarəsiz hiss etdyi anlar da... Bu, əksəriyyətimizin həyatında olub və bundan sonra da olacaq. Amma intihar çıxış yolu deyil. Yaradanın sizə verdiyi ömrü, arxanızca üzüntü ilə qoyub getdiyiniz əzizlərinizi və onların hər zaman sizə olan ehtyacını düşünün. Bölüşün, paylaşın dərdinizi, onları mütləq dinləyəcək bir kimsəni tapmaq olar və hər qaranlıq günün bir sabahı var, unutmayın”.
Q.Paşayeva çox ağır bir gün yaşandığını xatırlatmaqla, bu kimi xəbərlərin sayının azalması üçün hamını birgə və daha çox çalışmağa səsləyib.