Deyirlər ki, İslamda məcburiyyət yoxdur. Bəs insan öz ailə üzvlərini namaz qılmadıqları üçün danlaya bilərmi?
"İctimaifikir.az" Milli.Az -a istinadən bildirir ki, həqiqətən, İslam dinində hər kəsin iradə azadlığı haqqı tanınır. Hər kəs öz seçimi əsasında yolunu müəyyən etməlidir. Ailədə də tərəflərdən biri dini məsələlərdə o birini məcbur edə bilməz. Lakin bunlar dəvət və təbliğ etməyin zərurətinə mane olmur. Çünki dinimizdə əmr bil-məruf və nəhy ənil-münkər, yəni insanları yaxşı əməllərə doğru çağırıb pis işlərdən çəkindirmək vacib işlərdən sayılır. Ailə üzvlərini həqiqətən sevən insan onların günah qazanmasına rahatlıqla tamaşa edə bilməz. O, öz yaxınlarını düzgün yola çağırmalı, bunun üçün hər cür məqbul üsuldan istifadə etməlidir. Namaz qılmağa məcburən və zorla təhrik etmək düzgün deyil. Amma bunun üçün təbliğat, moizə, həvəsləndirmək, danlamaq kimi üsullardan istifadə etmək icazəlidir.