“Hamımız Türkiyə düşmənlərinin qarşısında, Türkiyənin və türk millətinin yanındayıq” - Azərbaycan müxalifəti (imzalar)

Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi müxalifət partiyası Hollandiyada və bir sıra digər qərbi Avropa ölkələrində baş verən anti -Türkiyə hərəkətləri ilə bağlı etiraz bəyanatı qəbul ediblər.

 “Hamımız Türkiyə düşmənlərinin qarşısında, Türkiyənin və türk millətinin yanındayıq” - Azərbaycan müxalifəti (imzalar)

Musavat.com-a göndərilən bəyanatda yazılıb: "Hollandiya rəsmi dairələrinin Türkiyə Respublikasının hökumət üzvlərinə və türk vətəndaşı olan şəxslərə qarşı izahı mümkün olmayan ayrı- seçkilik və zorakılıq hərəkətləri tərəfimizdən qətiyyətlə pislənir. Dünya mediasında bu hadisə ilə bağlı yayımlanan görüntülərdəki nəzakətsizlik və barbarlığa heç bir ictimai təhlükəsizlik zərurəti ilə haqq qazandırıla bilməz və bu barədə deyilənlər açıq- aydın riyakarlıqdan başqa bir şey deyil. Türkiyə Respublikasında idarəetmə sahəsində apardığı konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referenduma münasibəti Türkiyə vətəndaşlarının öz hüququ sayaraq, hansı seçimi edəcəklərini bütünlüklə onların öhdəsinə buraxaraq və bu məsələdə heç bir tərəf tutmayaraq hesab edirik ki, Hollandiya və bir sıra digər Avropa ölkələrində bu kampaniya ətrafında cərəyan edənlər təəssüf ki, son dövrdə həmin coğrafiyada kök atıb genişlənən Türkiyə düşmənçiliyi və islamafobiyanın təzahürü təsiri bağışlayır. Avropanın demokratik ictimaiyyəti bu məsələlərin fərqində olmalı və ölkələrindəki antidemokratik qüvvələrin qarşısına keçməlidir. Hansı coğrafiyada, hansı ölkədə olursa- olsun anti-Türkiyə hərəkətləri Azərbaycan üçün milli məsələdir; siyasi mövqeyindən və geopolitik simpatiyalarından asılı olmayaraq hər birimiz bu məsələdə Türkiyə düşmənlərinin qarşısında, Türkiyənin və türk millərinin yanındayıq” .

 

AXP sədri Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, BAP sədri Elşad Musayev, ALDP sədri Fuad Əliyev, VİP sədri Əli Əliyev, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli




[email protected]