Brent markalı neftin qiyməti Londonda İCE birjasında 2017-ci ilin may tədarükü üçün
0,92% ucuzlaşaraq, bareli 50,83 dollar olub.
"İctimaifikir.az"-ın Trend-ə istinadən məlumatına görə, mütəxəssilər bildirilər ki, neftin qiyməti martın 8-də ABŞ Energetika Nazirliyi tərəfindən ölkədəki neft resursları barədə hesabat açıqlandığı andan dərhal enməyə başlayıb.
Beləcə 2 gün ərzində, yəni martın 8-dən 10-a qədər Brent markalı neftin qiyməti may tədarükləri üçün 5 dollar ucuzlaşıb.