Ət iki dəfə dondurulursa… - Təhlükə

Ət iki dəfə dondurularsa, təhlükəli hesab olunur.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a dondurulmuş ətlərin ziyanı haqda danışarkən deyib. Onun sözlərinə görə, donrululmuş ət alarkən diqqətli olmaq lazımdır.

"Bəzi qəssablar heyvanı kəsdikdən sonra əti 18 dərəcə ilə şok dondurulmaya məruz qoyur. Bu zaman ətin tərkibində olan mikroblar, təhlükəli maddələr yox olub gedir. Bu isə ətin keyfiyyətli olması deməkdir. Donmuş əti alandan sonra yenidən dondurmaq isə onu ziyanlı edir. Ət müasir üsullarla kəsilməli, soyuduculara yerləşdirilməlidir. Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında 94 saylı qərarına əsasən, bütün mallar əvvəlcə qablaşdırılmalı, üzərində buraxılma və son istifadə müddətinin tarixi qeyd olunmalıdır. Amma təəssüflər olsun ki, hazırda əhalinin çoxu açıq ətə üstünlük verir. Bu isə dondurulmuş ətdən daha ziyanlı ola bilər.

Dondurulmuş ətlərin çoxu xaricdən, daha çox isə Hindistandan gəlir. Əksəriyyəti açıldıqdan sonra yenidən dondurulan ət olduğuna görə istifadə üçün yararsız hesab olunur.

Ona görə də qablaşdırılmış, üzərində firmanın adı, buraxılma və son istifadə tarixi, yağlılıq keyfiyyəti yazılmış ətlərdən istifadə daha məsləhətlidir”.




[email protected]