Güclü duman Bakı hava limanının işinə təsirsiz ötüşüb

Bakıda martın 10-da səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

"İctimaifikir.az" xəbər verir ki, bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata əsasən, duman hava limanının işinə təsir etməyib.

 

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Hava limanı normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.




[email protected]