3 həftədə 100 kilo çəki itirdi

Misili Eman Ahmed Ab Əl Ati dünyanın ən ağır çəkili qadını sayılır.

3 həftədə 100 kilo çəki itirdi

 O, 3 həftə ərzində Hindistan xəstəxanasında 100 kiloya yaxın arıqlayıb. Qadın ağır dietanın hesabına buna nail olub. Bundan başqa, həkimlər 36 yaşlı Misir sakinini analizlərin nəticəsindən sonra arıqlatmağı planlaşdırırlar. Gözlənilir ki, dieta və fizioterapiya hesabına qadın 200 kiloya yaxın arıqlayacaq. Müalicənin sonlarına yaxın qadın yenidən ayaq üstə dayanmağı və müstəqil şəkildə qida qəbul etməyi öyrənəcək. 

 2016-cı ilin dekabrında Hindistanın xarici işlər naziri Suşma Svarac Emana viza almaq üçün yardım edib. Misirli qadın illərdir yatağından tərpənə və şəxsiyyət vəsiqəsi almaq üçün səfirliyə gedə bilməyib. Fevral ayında qadını Hindistana müalicə üçün aparıblar. Orqanizmində yağın disfunksiyası nəticəsində qadın sistemsiz şəkildə kökəlir. Bundan başqa, elefantiazomdan əziyyət çəkir.

 Eman Ahmedin 11 yaşı olanda çəkisi 500 kiloya çatıb. O, hərəkət etmək qabiliyyətini itib və Aleksandriyadakı evini tərk etməyib.




[email protected]