Rusiyanın Energetika Nazirliyi 2017-ci ildə neftin qiymətinin bir barelə görə 55-60 dollar səviyyəsində olacağını gözləyir.
Bunu bazar ertəsi "CERAWeek" energetika konfransı çərçivəsində keçirilən brifinq zamanı Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
"Biz neftin qiymətinin təqribən 55-60 dollar civarında (bir barelə görə – red.) formalaşacağını proqnozlaşdırırıq. Bunun yaxşı və ya pis olduğunu ilk növbədə bazar deyəcək", — deyə Novak bildirib.