2017-ci ilin əvvəlindən məişət texnikasının və elektronikanın satışları həcm və qiymət baxımından gözlənilmədən azalmağa başlayıb.
"İctimaifikir.az"-ın İKT.lent.az-a istinadən məlumatına görə, bu barədə GfK analitik şirkətinin hesabatında deyilir.
Analitiklər iddia edir ki, noutbuk, planşet, televizor, soyuducu və digər texnikanın satışları 2017-ci ilin ilk 8 həftəsində düşüb. Təkcə yanvarın ilk həftəsində bu düşmə illik nisbətdə 2,1 faiz təşkil edib, ayın sonuna isə bu rəqəm 11 faiz olub.
Daha çox planşetlərin satışı düşüb. 6-7 həftə ərzində bu, 20 faizdən çox olub. Bundan başqa, telefonların satışları azalıb. Bu sahədə orta göstərici 4 faiz olub. Həmçinin soyuducu və plitə satışları da azalıb. 8 həftənin 5 həftəsində əsas kateqoriyalarda satışın azalmaları 11-14 faiz olub. Yalnız fevralın sonuna vəziyyət yaxşılaşıb: ədədlə satış 0,6 faiz təşkil edib. Rublla satışlar hətta 8,3 faiz artıb.
Rusiyanın ticarət şəbəkələrinin nümayəndələri bunu təsdiqləyir. Şirkətlərdən biri qeyd edir ki, azalma 2016-cı ilin dekabrdan başlayıb və 1 faiz təşkil edib.
Mütəxəssislər təxmin edir ki, 2014-2015-ci ilin böhranında istehlakçılar texnika ehtiyatını toplayıblar və bu ajiotajlı tələbat 2016-2017-ci ilin göstəricilərində özünü göstərib.
Məişət texnikası və elektronika riteylləri iddia edir ki, yanvar və fevral aylarından sonra onlar nə baş verdiyi ilə bağlı anlaşılmaz duruma düşüblər. İlk əvvəl bu onunla izah edilirdi ki, 2016-cı ilin yanvarında tələbatda bir balaca devalvasiya əks olunub. Bu səbəbdən 2017-ci ilin yanvar satışları bir az zəifləyib. Ancaq sonradan bu azalma fevralda da davam edib. Şirkətdə əlavə ediblər ki, onlayn satışlar da artmır, mağazalarda trafik azalır.
"Svyaznoy” şirkətindən bildiriblər ki, 2017-ci ilin yanvar tələbatının tendensiyası 2016-cı ildə olduğu kimidir. Digər riteyl hesab edir ki, rublun möhkəmlənməsi alıcıların gözləntilərini formalaşdıracaq. Ola bilsin, alıcılar gözləyirlər ki, qiymətlər düşəcək və bunun üçün də istehlakçıların bir hissəsi hələlik gözləyirlər.
DNS şəbəkəsinin sahiblərindən biri Dmitri Alekseyev isə bütün bunlara optimist yanaşır və bildirir ki, azalma varsa, o da çox cüzidir.