Neftin YENİ QİYMƏTİ

Dünya birjalarında neft ucuzlaşıb.

"İctimaifikir.az"  APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,43% azalaraq 53,10 dollar təşkil edib.

Neftin YENİ QİYMƏTİ
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,36% azalaraq 55,70 dollar olub.
 
Neftin ucuzlaşmasına səbəb ABŞ-da hasilatın artmasıdır. Bununla yanaşı, investorlar Rusiya tərəfindən hasilatın azaldılmasına şübhə ilə yanaşırlar.
 
Hazırda bazar iştirakçılarının diqqəti ABŞ-ın Hyuston şəhərində keçiriləcək "CERAWeek" konfransına yönəlib. Konfransda neft sahəsinin liderləri iştirak edəcəklər.
 
"Baker Hughes" servis şirkətinin açıqladığı statistikaya əsasən, ötən həftə ərzində ABŞ-da neft buruqlarının sayı ard-arda 7-ci həftədir artır. Arxada qoyduğumuz həftə ərzində neft buruqlarının sayı 7 ədəd artaraq 609-a çatıb.
 
Bununla yanaşı, yanvar ayı ilə müqayisədə fevralda Rusiyada sutkalıq neft hasilatı 0,018% azalaraq 11,11 mln. barrel təşkil edib. Beləliklə, fevralda orta sutkalıq hasilat oktyabr ayı ilə müqayisədə 1,077% və 121 min barrel azalıb.




[email protected]