Prezident: “Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”

"İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir”

 



"İctimaifikir.az" APA-ya istinadən məlumatına görə, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani arasında geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

 

Prezident İlham Əliyev deyib ki, son bir neçə il ərzində bu əlaqələr yüksək zirvəyə qalxıb: "Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir”.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri qədim tarix, mədəniyyət, ortaq dinə əsaslanır: "Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”.

 

Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində çox gözəl nəticələr olduğunu nəzərə çatdırıb: "Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu.  əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və prezident Ruhaninin Azərbaycana səfərləri nəticəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalanıb. Bu əlaqələrimiz üçün möhkəm baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə minnətdarıq. Eyni zamanda prezident Həsən Ruhaninin qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Birgə icra etdiyimiz Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”.




[email protected]