AXA MBASKSığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir.
AXA MBASK Akademiyası layihəsi çərçivəsində, beynəlxalq və yerli təcrübəyə əsaslanaraq xarici ve yerli peşəkar təlimçilər tərəfindən keçirdiləcək təlimlər, agentlərin səviyyəsini qaldıraraq öz işlərini professional şəkildə idarə etmələrinə, satış imkanlarının artırılmasına və daha müştəriyönümlü olmasına şərait yaradacaq.
Belə ki, AXA MBASK 40-dan çox sığorta agentliklərinin nümayəndələrin iştirakı ilə, cari tədris ilin ilk təlimini keçirmişdir.
Treninq zamanı şirkət ekspertləri könüllü sığorta məhsullarının satışı sahəsində təcrübə və biliklərini paylaşmış, avtomobil və əmlak sığortası mövzusunda təlim keçiriblər, habelə agentlərin suallarını cavablandırmışlar.
Təlimdə həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentinin baş mütəxəssisi agentlərə avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün əsas şərtlərini izzah etdi.
Tədris planına uyğun olarag, il ərzində dəvam edəcək təlimlərde ekspertlər Satış, Maliyyə, Sığorta hadisələri və Anderraytinq kimi sahalər üzrə təcrübə və biliklərini paylaşacaklar.
Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.
Sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.