ABŞ-ın "Microsoft” korporasiyasının mühəndisləri gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram tərtib ediblər.
Korporasiya nümayəndələri bildirir ki, proqram fiziki məhdud imkanlı insanlara ünsiyyət yaratmaqda kömək göstərmək üçün nəzərdə tutulub.
Məhsulun yaradılması zamanı "Microsoft” mühəndislərinə ABŞ-ın Kolumbiya dairəsindəki Vaşinqton Elmi Universitetinin mütəxəssisləri texniki dəstək göstərib. Proqram "Eye-gaze” adlandırılıb. O, videokameraya smartfon və ya fablet istifadəçilərinin gözlərinin hərəkətini izləməyə imkan verir.
Proqram göz bəbəklərinin hərəkət trayektoriyasını yadda saxlayaraq, məlumatları virtual klaviaturanın düymələrinə keçirərək modelləşdirməyə qadirdir.
Unikal proqramın istifadəsi ilə mürəkkəb bir cümlənin yığılma vaxtı dəqiqə yarım təşkil edəcək.
[email protected]