İraqın Kərkük şəhərində xərçəng diaqnozu qoyulan qadın zəhərli əqrəb və ilan yeyərək ağrılarını sakitləşdirir. Həkimlər bunun "elmi" olmadığını söyləsə də, gənc qadın 3 ildir bu yolla həyatda qalmağı bacarır.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, 5 il əvvəl xərçəng diaqnozu qoyulan Sevinc Muheddin dərmanlar bahalı olduğu üçün müalicə almadığını deyib: "Xəstəxanada müalicə almağımın aylıq qiyməti ən azı 500 dollar edir. Buna görə müalicə üçün ilan və əqrəb yeməyə başladım. Bir ilanı 30 - 60 min dinara (25 - 50 dollar) tapa bilirəm".