Fransa parlamentinin154 üzvü prezident Fransua Ollanddan Fələstin dövlətinin tanınmasını tələb edib.
Bu barədə məlumat "France Press" agentliyində yer alıb.
Məlumata görə, parlament üzvləri öz məktublarında Ollandı Fələstin dövlətinin tanınmasının tarixi anını əldən verməməyə çağırıb. Məktubda o da qeyd olunub ki, Fələstin dövlətinin tanınması beynəlxalq hüquqa əməl etmək, həmçinin İsrailin təhlükəsizliyi deməkdir.
Qeyd edək ki, məktub yazan yazan 154 parlament üzvləri arasında bütün siyasi partiyaların nümayəndələri var.