Hər mövsüm yeni bir geyim almağa imkanınız yoxdur? Olan paltarlarınız isə köhnə və yararsız görünür? Kənara atıb, əlavə məsrəf etməyə ehtiyac yoxdur əslində. Köhnə geyimlərinizin yeni kimi görünməsinə nail ola bilərsiniz.
Boşalmış jaketlərinizi geyinmədən 3-4 saat əvvəl dondurucuya qoyun, donu açıldıqdan sonra özünə gəldiyini görəcəksiniz. Eyni üsulu cins şalvarlar üçün də edə bilərsiniz.
Dəri ayaqqabılarınızı parıldatmaq üçün şüşə siləndən istifadə edin. Bu, onları daha yeni göstərəcək.
Dəri ayaqqabılarınızda olan ləkələrdən sirkə və diş fırçasının yardımı ilə qurtula bilərsiniz.
Dəri ayaqqabınızı parıldadacaq boya yoxdursa, üzülməyin. Bir parça və nəmləndirici ilə ayaqqabılarınızı pırıl-pırıl edəcəksiniz.
Eynəklərinizin kənar dəmirləri boşalmadan əvvəl həmin bölgələrə şəffaf dırnaq boyası vurun.
Şəffaf dırnaq boyası ilə düymələrinizin düşməsini də əngəlləyə bilərsiniz.
Kapron corab və taytların bir neçə dəfə istifadədən sonra elastikliyini itirib boşalmasından bezənlərin diqqətinə. Aldığınız corab, ya taytı dondurucuya qoyun. Bir gecə saxladıqdan sonra çıxarın.
Nazik corabların üzərinə saç spreyi sıxmaq da işə yarayır.
Həm qoxusu, həm də təri getsin deyə günün sonunda idman ayaqqabınızın içinə bir çimdik soda tökün.
Dəri ayaqqabılarda sürtünmə nəticəsində yaranan cızıqları vazelin və qulaq çöpü ilə yox edə bilərsiniz.
Rəngli və şəkli tez pozulan espadril ayaqqabıların üzərindən bal şamı ilə keçin. Sonra saç qurutma aləti ilə əriyənə qədər qurudun.
Yuma prosesində geyimlərinizin rəngi getməsin deyə onları tərs üzünə yuyun.
Paltaryuyan maşına atacağınız bir çimdik duz da geyimlərinizin rənglərini qorumaq üçün istifadə edə biləcəyiniz bir digər üsuldur.
Zəncirli geyimlərinizi yumadan əvvəl zəncirlərini tam bağlayın.
Geyimlərinizi ütüləmədən qırışlarını açmağın yolu:
Duşa girərkən asılqandan asdığınız geyimi hamama asın. Nəm və istinin təsirindən qırışlar açılacaq.
Çox yüksək istiliyə qoyulmamış saç düzləşdirici ilə kiçik qırışların üstündən gedə bilərsiniz.
Yuma prosesi bitər-bitməz geyimlərinizi düzgün şəkildə assanız, daha az qırışar.