Azərbaycandakı Türkiyə vətəndaşları referendumla əlaqədar aprelin 9-da səs verəcəklər

Türkiyədəki referendumla əlaqədar aprelin 9-da bu ölkənin Azərbaycandakı səfirliyində səsvermə keçiriləcək.

 

Azərbaycandakı Türkiyə vətəndaşları referendumla əlaqədar aprelin 9-da səs verəcəklər


APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, həmin gün xaricdəki bütün səsvermə məntəqələri işini yekunlaşdırmalıdır: "Türkiyədə səsvermə aprelin 16-da keçiriləcək. Azərbaycanda 5200 Türkiyə vətəndaşı konsulluq qeydiyyatındadır”.

Xatırladaq ki, Türkiyədə keçiriləcək referendumda xalq Konstitusiya dəyişikliyi təkliflərinə münasibətini bildirəcək.





[email protected]