ictimaifikir.az ANALİTİK İNFORMASİYA AGENTLİYİ

Yüksəlişin və tərəqqinin Ulu Öndər zirvəsi
Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri,
“Ümumi kimya və kimyanın tədrisi texnologiyası” kafedrasının müdiri,
kimya üzrə fəlsəfə doktoru, dosent

Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır.

Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi.

Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.

Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi.

Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.

Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb.

Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.

Ümummilli Liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi, səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. Ulu Öndər Heydər Əliyevin milli tərəqqi - Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatların aparılması ölkənin gələcək inkişaf strategiyasına hesablanıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri kimi Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə azərbaycanlının yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdi.

Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.

Azərbaycanı bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.

13.07.2026

XALQIN QURTULUŞ YOLU
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı

1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna yeri var. Həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Ulu Öndər Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Belə ki, 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirildi. Bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı.
O dövrlərdə bütün yaşayış məntəqəsində – şəhərlərdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Ümumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Ümummilli Lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi.

1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə o, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Onların yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin etdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi, səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. Ulu Öndər Heydər Əliyevin milli tərəqqi - Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatların aparılması ölkənin gələcək inkişaf strategiyasına hesablanıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri kimi Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə azərbaycanlının yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdir. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi.

Xalqımızın Ümummilli Lideri, Dahi Şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Bütün ömrünü canından artıq sevdiyi xalqına, ölkəsinə həsr edən Ulu Öndər Heydər Əliyev tariximizdə müstəqilliyimizin Memarı və Qurucusu olaraq adını əbədiləşdirib. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdır. Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərərək fundamental uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Məhz 15 İyun xalqımızın tarixinə böyük əhəmiyyət daşıyan günlərdən biri - Milli Qurtuluş Günü kimi daxil olmuşdur. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. O dövrə nəzər salarkən baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyevin böyüklüyü görünür. Onun Şəxsiyyəti, məhz əməllərini yaşadan Azərbaycanın, bütövlükdə panoramasında özünü göstərir. Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.

13.07.2026

Doğum günün mübarək, əziz Asya!
9 iyul - ailəmizin sevinci, ən gözəl hədiyyəsi olan Asyanın 8 yaşı tamam olur!

Əziz Asyamız, sənə sağlam, xoşbəxt, uğurlu və mənalı bir ömür arzulayırıq. Qoy hər yeni yaşın sənə yeni biliklər, gözəl dostlar, böyük uğurlar və unudulmaz xatirələr bəxş etsin. Ürəyin həmişə mərhəmətlə, gözlərin ümidlə dolu, yolların hər zaman işıqlı olsun.

Arzu edirik ki, sən milli-mənəvi dəyərlərinə bağlı, Vətənini sonsuz sevən, bayrağını daim uca tutan layiqli Azərbaycan övladı kimi böyüyəsən.

Sən artıq Bütövləşmiş Azərbaycanın gələcəyisən. Bu müqəddəs torpağın inkişafına töhfə verən, xalqına faydalı olan, elmli, vicdanlı və vətənpərvər bir insan kimi hər zaman qürur mənbəyimiz olasan.

Allah səni qorusun, kiçik ürəyinin bütün arzularını gerçəkləşdirsin.

8 yaşın mübarək, əziz Asyamız!

Səni sevən bütün doğmalarımız, ailəmiz adından:

Gülnar Süleymanova

P.S. "İctimai fikir" redaksiyasının dəyərli nümayəndəsi Gülnar xanımın bacısı qızını biz də kollektivimiz adından təbrik edir, sağlam ömür, gözəl gələcək, Vətənimizə layiq övlad kimi yetişməsini arzulayırıq.

09.07.2026

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır
1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika kimi tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi müstəqilliyini bəyan etmədi, həm də bu müstəqilliyi qoruyacaq hərbi suverenliyini təmin etmək məcburiyyəti ilə üzləşdi. Həmin ilin iyun ayında Cümhuriyyət hökumətinin milli ordunun formalaşdırılması haqqında qəbul etdiyi qərar müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda atılmış ən fundamental addım idi.

Dönəmin ağır geosiyasi şəraitini nəzərə alsaq, Cümhuriyyət qurucularının bu ordunun gələcəkdə dünyada tanınan, qüdrətli bir silahlı qüvvəyə çevriləcəyini öncəgörmək imkanları kifayət qədər məhdud idi. Lakin tarixin gedişatı onların bu qərarının nə qədər düzgün və uzaqgörən olduğunu sübut etdi. Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin vurğuladığı kimi:

"1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik."

Prezidentin bu sözləri 26 İyun – Silahlı Qüvvələr Gününün mahiyyətini bütün dolğunluğu ilə ifadə edir: yüz illik şərəfli bir yol, əzmlə salınan özül və bu gün dünyaya sübut edilmiş döyüş qüdrəti.

Azərbaycan Silahlı Qüvvələrinin bugünkü intellektual və mənəvi baxımdan formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu danılmazdır. Hələ sovet dövrünün sərt məhdudiyyətləri çərçivəsində – 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Ulu Öndər respublikamızda milli hərbi kadrların hazırlanması prosesinin əsasını qoydu. Onun uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan gəncliyi hərbi peşəkarlıq sahəsində mühüm biliklər və bacarıqlar qazandı, müstəqillik illərində isə bu potensial tam fərqli bir miqyas aldı. Ulu Öndərin ordu haqqında söylədiyi hərbi-fəlsəfi fikirlər bu gün də dövlətimizin milli təhlükəsizlik doktrinasının əsasını təşkil edir:

"Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur".

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və iftixar mənbəyi olan Milli Ordumuzun keçdiyi şərəfli inkişaf yoluna, qəhrəman əsgər və zabitlərimizin fədakarlığına, dövlətimizin gücünü və qüdrətini təcəssüm etdirən Azərbaycan Ordusuna sonsuz ehtiramın ifadəsidir.

Müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlişindən sonra hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərinə göndərilməsi gələcək müstəqil Azərbaycan Ordusunun təməlini təşkil etdi.

Təəssüf ki, 1992–1993-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat iqtidarının yarıtmaz idarəçiliyi, dövlət maraqlarından daha çox hakimiyyət və vəzifə çəkişmələrinə aludə olması ölkəni dərin siyasi və hərbi böhranla üz-üzə qoymuşdu. Həmin dövrdə vahid komandanlığa əsaslanan nizami ordunun yaradılmaması, müxtəlif silahlı dəstələrin ayrı-ayrı qüvvələrin nəzarəti altında fəaliyyət göstərməsi Ermənistanın təcavüzünün daha da genişlənməsinə şərait yaratmış, nəticədə torpaqlarımızın bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Belə bir ağır və taleyüklü məqamda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesinə start verdi, Azərbaycanın müdafiə potensialının gücləndirilməsi istiqamətində fundamental islahatlar həyata keçirdi və müasir, peşəkar Milli Ordumuzun möhkəm təməllərini formalaşdırdı.

Bu gün iftixarla qeyd edirik ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu inkişafının ən qüdrətli mərhələsini yaşayır. Son illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Ordumuz ən müasir silah və texnika ilə təchiz olunmuş, peşəkar kadr hazırlığı yeni mərhələyə qədəm qoymuş, hərbi sənaye kompleksi yaradılmış, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, peşəkarlığını və sarsılmaz vətənpərvərlik ruhunu bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması isə Ordumuzun gücünün və xalq-iqtidar birliyinin növbəti parlaq təcəssümü oldu.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla yanaşı, müasir çağırışlara uyğun inkişaf edən, beynəlxalq standartlara cavab verən, yüksək peşəkarlığa malik bir hərbi qüvvədir. Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyətinin genişləndirilməsi, Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında həyata keçirilən islahatlar və beynəlxalq hərbi əməkdaşlığın dərinləşdirilməsi Ordumuzun gələcək inkişafına xidmət edən mühüm istiqamətlərdir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, qəhrəman veteranlarımızı və hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayıram.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin, xalqımızın əmin-amanlığının və müstəqilliyimizin etibarlı təminatçısı olaraq yeni zəfərlərə imza atacaq!

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı

26.06.2026

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb.

“İctimai fikir” xəbər verir ki, paylaşımda deyilir: "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

26.06.2026

Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

“İctimai fikir”  paylaşımı təqdim edir:

Silahlı Qüvvələr günün mübarək, Azərbaycan!
Qocayeva Nərmin Şirzad qızı
ADPU-nun müəllimi, "İctimai fikir.az" xəbər portalının
Redaksiya Heyətinin Fəxri üzvü

Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. Bu mübarizənin nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müs­təqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Gənc Azər­bay­can dövləti bütün dövlətçilik tə­si­satları kimi ordusunu da yaratmağa başladı. Azərbaycanda ordu qu­ru­culuğu mürəkkəb bir dövrə təsadüf etmişdi, ordu yaradıla-ya­radıla formalaşırdı, formalaşa-formalaşa yaradılırdı. Həmin dövrlərdə Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlamışdı. Əra­zi­lə­rimizi yerli müdafiə batalyonları, əhali, milis dəstələri müdafiə edirdi.

Azərbaycanda yaranmış siyasi gərginlik genişlənirdi. Səriştəsizlik, ambisiyalar, yaradı­lan ordu hissələrinin müxtəlif qruplaşmaların mənafeyinə xidmət etməsi, dövlətdən ayrılma meyilləri Azər­bay­can döv­lətçiliyinin varlığına böyük təhlükə yaratmışdı. Bu vəziyyət düşmənin hərbi əməliyyatlarını da inten­siv­ləşdirmişdi. Xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqın sə­sini həmişə eşidən, səsi həmişə xalqın səsi ilə qoşa eşidilən böyük tarixi şəxsiyyət bu dəvəti qəbul etdi, Bakıya qayıtdı. Ali Sovetin sədri, sonra xalqın böyük əksəriyyətinin səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azər­bay­can dövlətçiliyində, yeni dövlətçiliyin ordu quruculu­ğun­da yeni mərhələ oldu.

Azərbaycanın nizami ordusu yox idi. Heydər Əliyev yerli müdafiə batalyonlarının buraxılması haq­qın­da sərəncam imzaladı. Bu sərəncam nizami ordu quruculuğunun başlanğıcı oldu. Orduda vahid ko­man­­danlıq yaradıldı. Şəxsi heyətin döyüş hazırlığı ilə bir sırada mənəvi-psixoloji hazırlığının da yük­səl­dil­mə­­si istiqamətində mühüm tədbirlər həyata keçirildi. Heydər Əliyevin Ali Baş Komandan kimi döyüş bölgələrində, səngərlərdə əsgər və zabitlərlə görüşməsi, xidmətdə fərqlənənləri təltif etməsi belə mü­hüm prosesi daha da sürətləndirdi. Ali Baş Komandanın sərkərdəliyi ilə Horadiz əməliyyatı ordunun əsgər və zabitlərinin döyüş əzmini də, qələbə ruhunu da artırdı. Mənəvi-psixoloji hazırlıq bu qələbənin ina­mı üzərində formalaşmağa başladı...

1994-cü ilin may ayında cəbhə xəttində ikitərəfli atəşkəs elan olundu. Ermənistan bu razılaşmaya əməl etməsə də ordu quruculuğunun formalaşmasına imkan yaratmışdı. Dövlətin güclənməsi həm onun iqtisadi qüdrətindən, həm də ordusunun gücündən asılıdır. Bunu dövlətin daxili siyasəti üçün prioritet edən dahi tarixi şəx­­siy­yət Azərbaycan dövlətinin də, Azərbaycan Ordusunun da gücləndirilməsi üçün daha əlverişli imkanlar yaratdı, ordunun təşkilatlandırılmasına, inkişaf etdirilməsinə xüsusi diqqət yetirdi: "Müstəqil respublikanın gərək güclü ordusu olsun. Bu gün torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava-su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Dünyanın heç bir müstəqil dövləti ordusuz yaşaya bilməz. Xüsusən də, yenicə müstə­qil­liyini qazanmış və belə bir mürəkkəb regionda yaşayan Azərbaycan dövləti. Ona görə də ordu quru­cu­lu­ğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur. Biz bunu bilməliyik. Xüsusən, müstəqillik haq­qın­da həddindən artıq düşünən, müstəqillik arzusunda olan adamlar bilməlidirlər ki, güclü ordusuz müs­təqillik ola bilməz".

Azərbaycan Ordusu nizami ordu kimi formalaşır, beynəlxalq təlimlərdə uğurla iştirak edirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azər­baycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu gün rəsmi dövlətçilik bayramlarından biridir.

Ordunun döyüş hazırlığının yüksəldilməsi həm də hərbi təhsillə bağlıdır. Dövlət başçısının mü­va­­fiq fərmanları ilə Azərbaycanda yeni hərbi təhsil müəssisələri yaradıldı; Azərbaycanda fəaliyyətdə olan hərbi məktəblər həm struktur etibarilə yeniləşdirildi, həm də ayrıca ali hərbi məktəb statusuna malik oldu: Azərbaycan Ali Hərbi Məktəbi (indiki Azərbaycan Hərbi İnstitutu), Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təy­ya­rəçilik Məktəbi. Silahlı Qüvvələrin Hərbi Akademiyasının yara­dılması da peşəkar hərbçi kadrlar hazırlığı prosesində əhəmiyyətli oldu...

Azərbaycan 1994-cü ilin əvvəllərində NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əmək­daşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə “Fərdi Tə­rəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Azərbaycanın ordu hissələri sülhməramlı qüvvələrin tərki­bində Kosovoda, Əfqanıstanda, İraqda iştirak etdi, NATO standartlarının ordumuza inteqrasiyası təmin edildi, Azərbaycan Ordusu dünyanın inkişaf etmiş ordularından biri oldu.

Ordunun təşkilatlandılrılması ilə bağlı Heydər Əliyev deyirdi ki, “Azərbaycanda ordunun inkişaf et­mə­si, möhkəmlənməsi dövlətimizin və xalqımızın əsas vəzifəsidir. ...Biz orduya xüsusi qayğı göstər­mə­liyik, onu möhkəm­lən­dirməli və inkişaf etdirməliyik”.

Azərbaycan Respub­li­ka­sının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu yeni mərhələyə yüksəltdi: “Or­du quruculuğu mənim fəaliy­yə­timdə hə­mi­şə birinci yerdədir. Hərbçilər də, Azər­bay­can xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edə­cə­yik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir stan­dart­lara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir...”

Azərbaycan Ordusunun inkişaf mərhələləri haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev deyirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticə­sin­də milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükə­siz­li­yi­nin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

Azərbaycanda Ordu quruculuğu dönməz bir proses idi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyətin siyasi kursunu bu istiqamətdə də sədaqətlə davam etdirir, da­­­ha da dönməzləşdirir. Ən müasir döyüş texnikalarına malik olan ordumuzu hərbi tə­­­yinatlı məhsullarla Azərbaycanın hərbi təyinatlı zavodları da təmin edir.

2016-cı ilin Aprel döyüşləri, Tovuz döyüşləri, Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfəri stimullaşdıran hərbi əməliyyatlar idi. Müdafiədən hücum döyüşləri kimi davam edən bu döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin göstəricisi adlandırıldı...

Qürurla “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” deyən Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyev ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığını dövlətə, döv­lət­çiliyə bö­yük sədaqətlə yüksəldib, indi də yüksəldir. 2020-ci il sentyabrın 27-də Ermənistan or­du­su­nun hissələri Azər­bay­­canın ərazilərinə geniş miqyaslı hücum etdi. Ordu hissələrimiz bu hücumun qar­şı­sını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi, qısa müd­dətdə düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, yenilədiyi müdafiə səddlərini dağıtdı, döyüşə-döyüşə ilkin qələ­bə­­lər qazandı, ərazilərimizi işğaldan azad etdi.

Vətən müharibəsində xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yev dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolun­dan döndərə bilməz. Dünyada heç bir ölkə bizim ira­dəmizə təsir edə bil­məz. Biz haqq yolundayıq. Biz qalib gəli­rik. Biz zəfər çalırıq və biz öz tor­paq­larımızı geri alacağıq, ərazi bütöv­lü­yü­müzü bərpa edəcəyik".

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı: 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi, noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu qələbələr Azərbaycan Ordusunun qüdrəti kimi tarixləşdi. Ordumuz dünyanın ən güclü ordularından biridir. Hər bir azərbaycanlı indi güclü ordusu ilə daha böyük sevgilərlə qürurlanır. Bu qürur - Silahlı Qüvvələr Günü daha möhtəşəm qürurdur. Bu qüruru hər birimiz böyük döv­lət­çilik Günü kimi qeyd edirik. Dövlətçilik bayramlarımızdan biri olan Silahlı Qüvvələr Günümüz tarixin günüdür, tarixi gündür...

Zəfər muzeyləri qalib Azərbaycan Ordusunun qüdrətinin tarixi eksponatlarıdır. Bu Zəfər tarix yaratdı, yaradılan tarix tarixdə yaşadılır, yaşadılacaq...

Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Bakıda keçirilən parad da Orduya ehtiramın, dövlətə sədaqətin tədbiri oldu. Dünya gördü ki, Azərbaycanda orduya sevgi dönməzdir, vətəndaşlıq bor­cu­nun tərkib hissələrindəndir...

2021-ci il iyunun 15-də Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi də Azərbaycan Or­du­sunun gücünə, qüdrətinə inamın təzahürüdür...

Böyük tarixi şəxsiyyət müasir Azərbaycanın dövlətçilik memarı Heydər Əliyev deyirdi: “Eti­barlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Azərbaycan güclü silahlı qüvvələrə malikdir, bu baxımdan Azərbaycanın müstə­qil­li­yi eti­bar­­lıdır, əbədidir. Biz belə bir dövlətin vətəndaşlarıyıq!

26.06.2026

Bizim qürurumuz - Azərbaycan Ordusu
Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri,
“Ümumi kimya və kimyanın tədrisi texnologiyası” kafedrasının müdiri,
kimya üzrə fəlsəfə doktoru, dosent

108 illik tarixində çox çətin və şərəfli bir inkişaf yolu keçən Ordumuz öz Şanlı Qələbəsi ilə nəinki ölkəmizin, eləcə də, dünyanın hərb tarixində xüsusi yer tutur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə tanınmışdır. Bu mənada xalqımız özünün tarixi hərbi uğurları ilə fəxr edə bilər. Ümumiyyətlə Azərbaycanın hərb sənətinin tarixi çox qədimdir. Bir çox nümunələr göstərmək olar. Məsələn: Girdman dövlətinin başçısı Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-837 illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın edib. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olur. İstər XIX, istərsə də XX əsrdə baş verən bir sıra müharibə və münaqişələrdə iştirak edərkən ayrı-ayrı Azərbaycan hərbçiləri müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqləniblər. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsindən sonra Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil milli ordunun formalaşdırılması və bu ordunun respublikanın müstəqilliyini qorumağa qadir olan bir qüvvəyə çevrilməsi idi.1918-ci ilin iyun ayının 26-da Milli Ordunun yaradılması hələ ötən əsrin əvvəllərində əldə olunan müstəqilliyimizin bəhrəsi idi. Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, sovet hakimiyyəti dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Əlbəttə ki, burada əsas məqsədi azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə maneə olmaq idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev XX əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir.

1991-ci ildə yenidən müstəqilliyimiz bərpa olunsa da, ölkə daxilində hakimiyyətsizlik, xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkədə həyatın bütün sahələrində islahatlar aparılmağa başlanıldı, vəziyyət getdikcə stabilləşməyə başladı. O, ölkə rəhbərliyinə yenidən qayıdışından sonra Silahlı Qüvvələr quruculuğu istiqamətində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, “əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi - Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz”! O, hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”.

Birinci Qarabağ müharibəsi zamanı cəsur, igid hərbiçilərimiz olsa da, vahid onda idarəetməsi, nizam-intizam, güclü iqtidar yox idi. Ölkədə yaranmış xaos, anarxiya vəziyyətində nizami ordudan söhbət belə gedə bilməzdi. Lakin Ulu Öndər yenidən hakimiyyətə qayitdıqdan sonra digər sahələrdə olduğu kimi ordu quruculuğu islahatlarına başlanıldı.1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda qeyd etdiyi kimi “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı Ümummilli Liderimiz Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini misal çəkir, Azərbaycan əsgərinin məhz Türki əsgərinə bənzəməsini xüsusi ilə vurğulayırdı: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. “Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur.”

Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bu siyasət daha da gücləndirilərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır. Ötən müddət ərzində büdcə xərclərinin böyük bir hissəsi hərbi xərclər olmuşdur. Azərbaycan bir çox ölkələrdən hərbi silah və sursatlar, hərbi-texniki maşınlar alırdı. Lakin biz təkcə bu silahları ixrac etmədik, eyni zamanda özümüz də istehsal etməyə başladıq. Ölkə başçısının Sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinnin yaranması da strateji əhəmiyyət daşıyırdı. Ölkəmizdə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və əldə olunan nailiyyətlər dünya miqyasında da qəbul edilir. Azərbaycan bir çox ölkələrdən silah və hərbi texniki avadanlıqlar alır və eyni zamanda, özü də istehsal edir. Bu isə dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuzun daha da güclənməsinə təkan verəcəkdir. Vaxtı ilə, Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “ Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır.

44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücünü, hərbi qabiliyyətini, hazırlığını bir daha bütün dünyaya nümayiş etdi. Ordumuz XXI əsrin müharibəsini apardı. Artıq dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Rəşadətli ordumuz çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında elm, peşəkarlıq, hərbi məharət göstərərək, erməni işğalçılarını məhv edərək, torpaqlarımızı azad etdi. Vətən müharibəsini zəfərlə başa çatdıran ordumuz uğurlarla yanaşı, çatımazlıqlar, qüsurlar da çevik şəkildə təhlil olunur və aradan qaldırılırdı. Müharibənin gedişi zamanı Ali Baş Komandan İlham Əliyev tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirə də bunun bariz nümunəsi idi.

5-ci nəsil müharibəsini aparan ordumuz tərəfindən hərbi əməliyyatlar zamanı silah və sursatların ehtiyaclılıq səviyyəsi bir daha təcrübədən keçirildi ki, bu da gələcəkdə hərbi xərclərin və hərbi təyinatlı məhsulların istehsalında daha düzgün və real qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu məsələyə xüsusi münasibət bildirən cənab İlham Əliyev qeyd edir ki, “Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir”. Ancaq, bununla yanaşı, bu müharibənin Qalibi var. O da torpaqlarımızı işğalçılardan azad edən, sərhədlərimizi qoruyan, hər bir vətəndaşımızın əmin-amanlığının, sakit həyatının keşiyində dayanan bizim mərd, cəsarətli əsgərlər və zabitlərimizdir. Onlar bu Vətən üçün, üçrəngli Bayrağımız üçün canlarını, sağlamlıqlarını fəda edirlər. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman hərbiçilərin, müharibə veteranları və, qazilərinin, eyni zamanda, şəhid ailələrinin rifahı və sosial müdafiəsi üçün bütün imkanları yaradırlar. “YAŞAT” Fondu, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları da bu prosesdə fəal iştirak edirlər. Hər birimiz dərk edirik ki, biz Qarabağın azad edilməsi, torpaqlarımızın erməni faşizmindən təmizlənməsi və ərazi bütövlüyümüzün təmin olunmasına görə şəhidlərimizə, qazilərimizə, Azərbaycan əsgəri və zabitinə borcluyuq! Dövlət başçımız İlham Əliyevon dediyi kimi: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”. Qalib xalqın vətəndaşı, qalib Ordunun əsgəri olmaq böyük şərəf və məsuliyyətdir. Bir daha Ali Baş Komandan, Prezident cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqının qüdrətli ordusunun mərd zabit və əsgərlərini təbrik edir, dövlətimizin inkişafına, müdafiəsinə yönəlmiş müqəddəs fəaliyyətlərində sonsuz uğurlar arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

26.06.2026

15 iyun - şanlı tariximizin dönüş anı
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 33 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin Sədri seçilib. Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.

İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə hərcmərclikdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Hakimiyyətin vəziyyəti nəzarətə almaq üçün atdığı tələsik addımlar situasiyanı düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ruhun və ideologiyanın yüksəlişinə təkan vermişdir.
Respublikamızın vətəndaşları hər il 15 iyun - Milli Qurtuluş Gününü təntənə ilə qeyd edirlər. Bu gün bütün ictimaiyyət haqlı olaraq dərin iftixar və qürur hissi keçirir. Çünki Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan iqtisadiyyatı və sosial sahələr surətlə inkişaf etmiş, içtimai-siyasi sabitlik bərqərar olmuşdur. Bu, Heydər Əliyevin böyük idarəetmə bacarığının, qətiyyətinin səmərəli bəhrəsidir. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.
1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, həmin gün şanlı tariximizin dönüş anı kimi daxil oldu.

Azərbaycan xalqının Milli Qurtuluş Günü Azərbaycan 6 Respublikasında rəsmi bayramlardan biri kimi 1997-ci ilin 15 iyunda bayram elan edilib. Bayrama 1998-ci ildən dövlət statusu verilib.
Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi formada düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Ulu Öndər Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.

Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri,
“Ümumi kimya və kimyanın tədrisi texnologiyası” kafedrasının müdiri,
kimya üzrə fəlsəfə doktoru, dosent

15.06.2026

Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi dövlət, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etdi
Azərbaycanın müasir tarixində elə günlər vardır ki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır, bütöv bir dövlətçilik fəlsəfəsini ifadə edir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə günlərdəndir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyinin deyil, Azərbaycan dövlətinin xilasının, milli iradənin təntənəsinin və gələcək zəfərlərin təməlinin qoyulduğu gün kimi dəyərləndirilir.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan mürəkkəb sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, iqtisadi böhran, daxili siyasi qarşıdurmalar və idarəetmədəki ciddi problemlər ölkəni dövlətçiliyini itirmək təhlükəsinə sürükləyirdi. Həmin dövrdə xalqın taleyi ilə bağlı qərar verilməli idi: ya xaos və parçalanma davam edəcək, ya da Azərbaycan öz xilaskar liderinin ətrafında birləşərək dövlətçilik yolunu seçəcəkdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böhrandan çıxarmağa nail oldu. O, ilk növbədə ölkədə sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və dövlət idarəçiliyində sistemlilik yaratdı. Məhz həmin gündən etibarən Azərbaycanın müasir inkişaf strategiyasının əsasları formalaşmağa başladı.

Ulu Öndər Heydər Əliyev dövlət quruculuğuna yalnız mövcud problemlərin həlli kimi deyil, gələcəyə hesablanmış strateji layihə kimi yanaşırdı. Onun siyasi baxışlarında güclü iqtisadiyyat, milli birlik, peşəkar ordu və balanslaşdırılmış xarici siyasət bir-birini tamamlayan amillər idi. Bu baxımdan Milli Qurtuluş yalnız bir günün hadisəsi deyil, sonrakı onilliklərin uğurlarını müəyyən edən siyasi konsepsiya idi.

Ümummilli Liderin məşhur fikirlərindən biri bu gün də aktuallığını qoruyur: "Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur."

Məhz bu düşüncə Azərbaycanın gələcək inkişaf modelinin ideoloji əsasına çevrildi.

2003-cü ildə cənab Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi ilə Heydər Əliyev siyasi kursu yeni mərhələyə qədəm qoydu. Bu dövrdə Azərbaycan iqtisadi cəhətdən daha da gücləndi, beynəlxalq nüfuzu artdı və regionun əsas siyasi aktorlarından birinə çevrildi. Enerji layihələri, nəqliyyat dəhlizləri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ölkənin strateji mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Lakin bu siyasətin əsas hədəflərindən biri dəyişməz olaraq qalırdı: Azərbaycanın ərazi bütövlüyünün bərpası.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir: "Qarabağ Azərbaycandır və nida işarəsi!"

Bu ifadə təkcə siyasi bəyanat deyil, dövlətin qətiyyətinin və xalqın iradəsinin ifadəsi idi. Uzun illər ərzində aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, diplomatik və hərbi baxımdan tarixi missiyasını yerinə yetirməyə hazır vəziyyətə gətirildi.

44 günlük Vətən müharibəsində qazanılan Qələbə, beynəlxalq nəhəng layihələr (Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP), regionda liderlik, neft fondu vasitəsilə yoxsulluğun azaldılması, müasir infrastruktur 15 İyunla bağlıdır. Çünki 15 İyun siyasi iradənin bərpası, planlı inkişafın, uzunmüddətli strategiyanın başlanğıcıdır: “Bu gün gördüyümüz uğurların hər biri – iqtisadiyyatdan müdafiə sənayesinədək, təhsildən enerji təhlükəsizliyinədək o qərarverici anın məntiqi davamıdır. Elə buna görə də xalq 15 İyunu təkcə tarixi xatirə kimi deyil, müasir dövlətçiliyin əsas günü kimi qeyd edir. Milli Qurtuluş Gününün ideyaları bu gün də siyasi kursun əsasını təşkil edir: Dövlət suverenliyinin qorunması, ərazi bütövlüyü, qanunun aliliyi, iqtisadi müstəqillik, balanslaşdırılmış xarici siyasət. Müasir dövrdə bu ideyalar konkret olaraq ordunun peşəkarlaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi (qeyri-neft sektorunun inkişafı), “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf strategiyası” kimi sənədlərdə, yaşıl enerjiyə keçid, rəqəmsallaşma və gənclər siyasətində özünü göstərir. Həmçinin xarici siyasətdə müstəqil xətt, heç bir bloka qarşı çıxmadan hər kəslə konstruktiv dialoq, öz milli mənafelərinin qorunması bu gün də Ulu Öndər Heydər Əliyevin irsinin canlı təcəssümüdür. Yəni Milli Qurtuluş Gününün ideyaları dinamik şəkildə müasir çağırışlara uyğunlaşaraq yaşayır.

2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi isə bu hazırlığın real nəticəsini ortaya qoydu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqları azad etdi və tarixi ədaləti bərpa etdi. Xüsusilə Şuşa şəhərinin azad olunması yalnız hərbi deyil, həm də mənəvi və siyasi qələbə kimi tarixə yazıldı. Əslində, 2020-ci ilin Zəfəri 1993-cü ilin Qurtuluşunun məntiqi davamı idi. Çünki dövlətçilik xilas edilməsəydi, güclü iqtisadiyyat qurulmasaydı, peşəkar ordu yaradılmasaydı və milli birlik təmin olunmasaydı, Qarabağ Zəfəri də mümkün olmazdı.

Bu mənada 15 İyun ilə 8 Noyabr arasında görünməz, lakin çox möhkəm tarixi bağ mövcuddur. Birincisi dövlətçiliyin xilası, ikincisi isə həmin dövlətçiliyin qüdrətinin təntənəsidir. Tarixi simvolizm baxımından diqqət çəkən məqamlardan biri də Şuşa Bəyannaməsinin məhz 15 iyun tarixində imzalanmasıdır. 2021-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Şuşada imzaladığı bu sənəd iki qardaş ölkə arasında münasibətləri yeni müttəfiqlik mərhələsinə yüksəltdi. Bununla həm də dünyaya mühüm mesaj verildi: Qurtuluşla başlayan yol artıq Zəfər və regional liderlik mərhələsinə qədəm qoymuşdur.

Şuşa Bəyannaməsi yalnız diplomatik sənəd deyil, Azərbaycanın son otuz ildə keçdiyi yolun siyasi yekunu kimi də qiymətləndirilə bilər. Bu sənəddə müstəqilliyini qoruyan, ərazi bütövlüyünü bərpa edən və regionda yeni reallıqlar yaradan Azərbaycanın gücü öz əksini tapmışdır. Bu gün Azərbaycan vətəndaşı 15 İyuna nəzər salarkən sadəcə keçmişi xatırlamır. O, eyni zamanda dövlətçiliyin necə qorunduğunu, milli maraqların necə təmin edildiyini və xalqın arzularının necə gerçəyə çevrildiyini görür. Milli Qurtuluş Günü bizə xatırladır ki, tarixi uğurlar təsadüflərin deyil, uzaqgörən siyasətin, güclü liderliyin və milli birliyin nəticəsidir.

Azərbaycanın son otuz illik inkişaf yolu bir həqiqəti təsdiqlədi: Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi dövlət, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etdi, qalib ölkəyə çevrildi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Şuşadan yüksələn zəfər sədaları, əslində, 1993-cü ilin 15 iyununda başlanan böyük dövlətçilik yolunun davam edən əks-sədasıdır. Milli Qurtuluş Günü isə həmin yolun başlanğıcı kimi Azərbaycan tarixində daim yaşayacaq və gələcək nəsillərə dövlətçilik dərsi olaraq ötürüləcəkdir.

Çünki 15 İyun sadəcə tarix deyil – Azərbaycanın qurtuluşdan zəfərə uzanan taleyinin adıdır.

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı

15.06.2026